Bakıda çoxmərtəbəli binada yanğın oldu

 07:47 25.07.2021     55

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin eyvanında kombi aparatı yanıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/363761.html