54 gəmi, 48 təyyarə Piterdə: Putin də gedir...

 08:00 25.07.2021     53

Bu gün Sankt-Peterburqda Hərbi-Dəniz Qüvvələri Günü ilə bağlı parad keçiriləcək.

Axar.az xəbər verir ki, Rusiya HDQ-nin 325-ci ildönümü ilə bağlı keçiriləcək paradda 54 gəmi, o cümlədən İran, Hindistan və Pakistandan 3 freqat və 4 mindən çox hərbçi iştirak edəcək.

Parada Rusiyanın Be-12 amfibiyası, İl-38N və Tu-142M3, həmçinin Su-27, Su33, MiQ-29, Su-24M, MiQ-31, Su-25 qırıcı-bombardmançıları və hücum təyyarələri olmaqla, 48 təyyarə qoşulacaq.

Paradı izləmək üçün Rusiya lideri Putinin Peterburqa gedəcəyi bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575098.html