"Qladiator"un aktyoru yaxtada ölü tapıldı

 09:00 25.07.2021     56

"Qladiator" və "Cəsur ürək" kimi bir çox filmdə rol alan aktyor Mayk Mitçell vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 65 yaşlı aktyorun cəsədi Türkiyədə Fəthiyə bölgəsində yaxtalardan birinin içində aşkarlanıb.

Qeyd edək ki, bodibilder olaraq adını zirvələrə ucaldan Mayk "Mendilim kekik kokuyor", "The Planet," "One Day Removals," "City of Hell," "Life on the Line" və "Emmerdale" adlı ekran işlərində müxtəlif rolları canlandırıb.

O, həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayırdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/967504.html