Hindistanda koronavirusla bağlı məhdudiyyətlər yumşaldılır

 09:24 25.07.2021     53

Hindistanın paytaxtı Delhi şəhərinin səlahiyyətliləri bölgədə koronavirusun yayılmasına qarşı tədbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən qeyd edilən ərazidə metro və avtobuslar tam qrafiklə xidmət göstərəcək, kinoteatrlar isə yarısına qədər dolmaq şərti ilə işləyəcəklər.

Bütün mağazalara tam həftə müddəti saat 10:00-dan 20:00-dək fəaliyyət göstərməyə icazə veriləcək. Toy və dəfn mərasimlərində toplanma həddi 50 nəfərdən 100-ə qaldırılıb.

Qeyd edilir ki, məhdudiyyətlərdə yumşalmalar barədə qərar paytaxtda "COVID-19" virusuna yoluxma saylarının azalması fonunda qəbul edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967509.html