UNESKO avtotunelə görə Stounhedcin Dünya irsi obyekti statusunu ləğv edə bilər

 09:36 25.07.2021     57

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESKO) İngiltərə səlahiyyətlilərini qədim Stounhedc daşları yaxınlığında avtotunelin tikintisi layihəsinə yenidən baxılmayacağı təqdirdə tarixi abidəni Dünya irsi obyektləri siyahısından çıxarıla biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Birləşmiş krallıq iki obyektinin bu fəxri statusdan məhrum ediləcəyi dünyanın ilk ölkəsi ola bilər.

"UNESKO"nun Ümumdünya İrs Komitəsinin açıqlamasında deyilir: "Layihə, bu tarixi abidənin görkəmli universal dəyərinin qorunması üçün mümkün olan ən yaxşı nəticəni təmin etmək üçün yenidən nəzərdən keçirilməlidir".

Daha əvvəl "UNESCO", 2004-cü ildə ingilis sənayesinin sürətli inkişaf dövrünün simvolu olaraq Dünya irsi obyektləri statusu verilən Liverpul limanını və tarixi şəhər mərkəzini siyahıdan çıxarıb. Təşkilatda izah edildiyi kimi, qərarın qəbul edilməsinə səbəb şəhərin yenidən qurulması ilə bağlı işlər olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967510.html