Dünyada peyvənd edilənlərin sayı 3,8 milyardı keçdi

 09:42 25.07.2021     56

Dünyada koronavirus əleyhinə edilən peyvəndlərin sayı 3,8 milyardı keçib. İstifadə edilən peyvəndlərin yarısından çoxu 3 ölkənin - Çin, Hindistan və ABŞ-ın payına düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda dünyada koronavirusa qarşı 3 830 milyon peyvənd edilib ki, onlardan 1 520 milyonu Çin, 427 880 mini Hindistan və 340 360 mini ABŞ-da istifadə edilib.

Dünya üzrə tam vaksinasiya olunmuş vətəndaşların sayına görə Malta (hər 100 nəfərə 166,85 peyvənd) liderdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967511.html