800 hektar ərazidə bitkilər məhv oldu - Meşə yanğınlarına görə

 09:48 25.07.2021     55

Fransanın cənubunda yerləşən Od departamentində baş verən meşə yanğınları ən azı 800 hektar sahədə bitki örtüyünü məhv ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti xəbər yayıb.

Məlumata görə, yanğın Karkasondan Narbona gedən magistral yolun yaxınlığında baş verib. Fəlakət nəticəsində Fransa, İspaniya və Portuqaliyanın bəzi bölgələri bir müddət işıqsız qalıblar.

Yanğının söndürülməsində təxminən 500 xilasedici iştirak edir. Ölkənin cənubunda isti hava və güclü külək səbəbindən rəsmilər yerli sakinləri meşədə ocaq qalamamağa və siqaret kötüklərini atmazdan əvvəl tam söndürməyə çağırıblar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967512.html