Hər qiyməsi ÖLÜMÜ YAXINLAŞDIRIR - Bu rəngli ətlə bağlı XƏBƏRDARLIQ

 10:00 25.07.2021     56

Mal əti, donuz əti, qoyun əti və digər qırmızı ət məhsulları sevənlərdə ürək-damar xəstəliklərinin inkişaf riski daha yüksək ola bilər. Bu günə qədər aparılan ən böyük araşdırmalar bunu təsdiqləyir.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Oksford Universitetinin alimləri xəbərdarlıq ediblər.

Mütəxəsislər sağlam qalmaq üçün qırmızı ət yerinə toyuq və ya hinduşka yeməyi məsləhət görürlər.

Alimlər ümumilikdə 1,4 milyondan çox insanın iştirak etdiyi 13 böyük kohort tədqiqatı üzərində işləyiblər. Bütün könüllülərin yemək vərdişləri və pəhrizləri haqqında ətraflı araşdırma aparıblar və 30 ildir sağlamlıqlarını izləyiblər.

Verilənlərin nəzərdən keçirilməsi gündəlik istehlak edilən hər 50 qram çiy qırmızı ətin (zəmanətli gündəlik rasion 85 qramdır) iskemik ürək xəstəliyi riskini 9% artırdığını göstərib. Gündəlik rasiona 50 qram donuz və ya jambon kimi işlənmiş ət əlavə etmək bu riski 18 faiz artırır.

Tədqiqatlar həmçinin hər hansı bir miqdarda quş əti istehlakının ürək işemik xəstəliyi riski ilə əlaqəli olmadığını göstərib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/363770.html