"Qalatasaray" rumıniyalı futbolçu transfer etdi - Rəsmi

 10:12 25.07.2021     55

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aleksandru Çiçıldeunu transfer edib. Rumıniyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 24 yaşlı ötən mövsüm şərəfini qoruduğu "Universitatya Krayova"da meydana çıxdığı 43 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/967516.html