Gürcüstan vətəndaşlarının Bolqarıstana səfərinə qadağa qoyuldu

 10:24 25.07.2021     55

Bolqarıstan hökuməti koronavirusla bağlı Gürcüstan vətəndaşlarının ölkəyə səfərinə qadağa qoyub.

Milli.Az APA-ya istinadən bildirir ki, Bolqarıstan səhiyyə nazirinin 24 iyul tarixli əmrinə əsasən, iyulun 26-dan Gürcüstan vətəndaşları Bolqarıstana səfər edə bilməz.

Hazırda Bolqarıstana koronavirusun yayılma səviyyəsinə görə "yaşıl" və sarı" zonalara daxil olan ölkələrin vətəndaşları buraxılır. "Qırmızı zona"ya daxil olan ölkələrin vətəndaşlarına Bolqarıstana səfər etmək qadağandır.

Qeyd edək ki, bundan əvvəl İsrail Gürcüstanı "qırmızı zona"ya daxil edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967519.html