Makron Bennettlə danışdı: “Casus böhranı” böyüyür

 10:31 25.07.2021     58

Fransa Prezidenti Emmanuel Makron İsrail Baş naziri Naftali Bennettlə telefon əlaqəsi saxlayıb.

Axar.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb.

Telefon danışığı zamanı E.Makron Bennettə “Pegasus” casus proqramı ilə bağlı narahatlığını dilə gətirib. Bennett isə öz növbəsində məsələnin araşdırılacağını və nəticələr barədə Makrona məlumat verəcəyini bildirib.

İsrail Baş naziri eyni zamanda, hadisənin ondan əvvəlki rəhbərlik zamanı baş verdiyini, hazırkı hökumətin məsələ ilə bağlı mediadan məlumat aldığını deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575097.html