Tokio-2020: Boksçumuz erməniyə rəqib oldu

 10:40 25.07.2021     63

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Axar.az xəbər verir ki, 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Rəqibinə 5:0 hasabı ilə qalib gələn Çələbiyev 1/8 finala yüksəlib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci raundda referilərin hamısı, üçüncüdə isə 4-ü Çələbiyevin xeyrinə qərar verib.

Dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/575103.html