Rusiyalı nazir davadan sonra vəfat etdi

 10:42 25.07.2021     57

Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib.

Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər.

Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967528.html