Tokio-2020: Daha bir gimnastımız mübarizəyə başladı

 11:08 25.07.2021     52

Azərbaycanın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Axar.az xəbər verir ki, fərdi çoxnövçülükdə mübarizə aparan atlet müxtəlif hündürlüklü qollarda 10,833 xal toplayıb.

Nekrasova dayaqla tullanmada 12,266, gimnastika tirində isə 12,666 xala layiq görülüb. O, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 xal yığıb.

Gimnast hazırda 48,232 xalla çoxnövçülükdə 24-cü sıradadır.

Qeyd edək ki, final mərhələsinə 24 idmançı qatılacaq. Həlledici raundda bir ölkədən yalnız iki gimnast iştirak edə bilər. Çoxnövçülükdən əlavə növlərə görə də finalçılar bəlli olacaq.

Daha əvvəl idman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/575115.html