Əfqanıstanda bir gündə 175 terrorçu məhv edildi

 11:18 25.07.2021     55

Əfqanıstan ordusunun son sutka ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 175 Taliban terrorçusu məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar Nanqarhar, Paktika, Loqar, Qəzni, Qəndahar, Herat, Bəlx, Cauzcan, Samanqan, Sari-Pul, Gilmənd, Bədəxşan, Qunduz və Baqlan əyalətlərində keçirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575117.html