Toylarla bağlı mühüm açıqlama - hər 10 nəfərdən 5-i...

 11:18 25.07.2021     50

"Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur".

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb:

"Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza bəli deyir.

Lakin buna baxmayaraq yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi təqdirdə maskasız ötüşmək olacaq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/967540.html