Bolqarıstan gürcülərin ölkəyə girişinə qadağa qoydu

 11:40 25.07.2021     57

Bolqarıstan iyulun 26-dan Gürcüstan vətəndaşlarının ölkəyə girişinə qadağa tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Bolqarıstandakı Səfirliyi məlumat yayıb.

Bildirilir ki iyulun 26-dan etibarən Gürcüstanda koronavirusa yoluxma halının artması ilə əlaqədar ölkə vətəndaşları Bolqarıstan ərazisinə daxil ola bilməyəcəklər.

Bununla bağlı Bolqarıstan Səhiyyə Nazirliyi qərar qəbul edib.

Bu qərar Gürcüstandan gələn Bolqaristan vətəndaşlarına və onların ailə üzvlərinə şamil edilmir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575120.html