Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti - TƏHLİL

 12:02 25.07.2021     54

Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident İlham Əliyev tərəfindən uğurla əlaqəndirilmiş, Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın son 10 ildə keçdiyi inşikaf yolu, seçilən düzgün kurs dövlətin bu gün müstəqil siyasət yürütməsinin təməlində duran səbəblərdən birincisidir.

Hələ 2013-cü ildə keçirilmiş Prezident seçkilərində İlham Əliyev seçicilərin 84,54% səsini qazanması xalqın öz liderinə etdimadının göstəricisi oldu. Növbəti Prezident seçkilərində də 2018-ci ildə 86,02% səslə qazanılan bariz qələbə bu etimadı bir daha təsdiqlədi.

Son illik Azərbaycan tarixinə nəzər salsaq, siyasi və diplomatik uğurların nə dərəcə əhəmiyyətli olduğunu görmək mümkündür. Vətən müharibəsində qazanılan qələbəyə qədər görülməli olan işlər bir-bir Prezident İlham Əliyev tərəfindən ən xırda detallarına qədər peşəkarlıqla həyata keçirildi.

2010-2020-ci illər ərzində Azərbaycan 20-dən çox beynəlxalq təşkilata üzv oldu:

2011-ci ildə Qoşulmama Hərəkatına üzvlük
2012-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzvlük
2012-ci ildə Azərbaycan Nüvə Terrorçuluğu ilə mübarizə üzrə Qlobal Təşəbbüsə qoşulmuşdur.
2012-ci ildə BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv
2012-2013-cü illərdə BMT TŞ-yə qeyri-daimi üzvlük və 2012-ci ilin may ayında BMT TŞ-yə sədrlik
2012-2015-ci illərdə ÜST İcraiyyə Şurasına üzvlük
2014-2017 və 2018-2021-ci illərdə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvlük
2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu
2015-2018-ci illərdə Beynəlxalq Telekommunikasiya Şurasına üzvlük
2015-2019-cu illərdə UNESCO-nun Beynəlxalq İrs Komitəsinə üzvlük
2017-2019-cu illərdə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzvlük
2017-2019-cu illərdə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasına üzvlük
2017-2020-ci illərdə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzvlük
2017-2020-ci illərdə Ümumdünya Poçt İttifaqının Administrativ Şurasına üzvlük
2018-2020-ci illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına üzvlük
2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrlik
2019-cu ildə Qrup 77-yə (G77) tamhüquqlu üzv
2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində iştirakçı statusu
2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik
2019-2022-ci illərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlük
2019-2023-cü illərdə UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzvlük
Bu təşkilatlara üzvlük, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Vətən müharibəsində qazanılan qələbəyə aparılan yolda əsas addımlardan oldu. Son 10 il ərzində Azərbaycanda onlarla mühüm beynəlxalq tədbirlər təşkil olundu. Azərbaycanın üzv olduğu təşkilatlarda irəli sürülmüş təşəbbüslərin dəstəklənməsi də Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun nəticəsidir.

Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aləmdə dəstəklənmiş təşəbbüslərin bəzilərini təqdim edirik:

2008-ci il 2-3 dekabr tarixlərində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı: Azərbaycanın təşəbbüsü ilə konfransa ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edildi və həmin tədbirdə yeni bir formatın əsası qoyuldu. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edildi.
2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı: Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı 10-dan artıq Avropa dövləti dəvət olundu. Konfransın ilk günü tədbirdə iştirak etmiş Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda dəyirmi masa keçirilmiş və birgə kommünike qəbul edildi.
2010-cu ildə BMT-nin Baş Assambleyasının 65-ci sessiyası: Cənab Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi.
2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2013-cü ildə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2016-cı ildə Multikulturalizm ili və BMTSA-nın 7-ci Qlobal Forumu
2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Azərbaycanın təklifi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı baş tutdu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Efiopiya, Cibuti, Mali, Ruandanın birinci xanımları, habelə UNESCO-nun Baş direktoru ilə birgə qızların təhsili vasitəsilə zorakı ekstremizmin qarşısının alınması, miqrant və qaçqınların problemlərini ehtiva edən "Qlobal Çağırış"ı təsis etmələri ikinci vacib təşəbbüs idi. Digər əhəmiyyətli təşəbbüs - ilk dəfə olaraq "Bakı Prosesi"ndə yeni bir element kimi "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu?" mövzusunda xüsusi sessiya keçirilməsi idi.
2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu
2019-cu ildə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2020-ci ildə "Bakı Prosesi" beynəlxalq İşçi Qrupun Virtual Görüşü
Azərbaycan təşəbbüsü ilə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər
BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130 ölkə tərəfindən rəsmi dəstəklənməsi
COVID-19-a həsr edilmiş TDƏŞ-in Zirvə görüşü
Birgə əməkdaşlıq platformalarının yaradılması (Rusiya-İran-Azərbaycan, Türkiyə-Pakistan-Azərbaycan və s.)
2010-2020-ci illər həm də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda qazandığı uğurlarla da yadda qalan oldu. Həmin illərdə Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda qəbul olunmuş mühüm qərarlar və əldə olunmuş nailiyyətlərin bir hissəsini aşağıdakılardır:

Avropa Parlamentinin qətnamələri (20.05.2010, 18.04.2012, 23.11.2013, 18.06.2015, 13.12.2017, 12.12.2018, 15.01.2020-ci il tarixli), Avropa Parlamentinin tövsiyələri (15.11.2017, 19.06.2020-ci il tarixli)
NATO-nun zirvə toplantılarının (20.11.2010-cu il Lissabon, 20.05.2012-ci il Çikaqo, 05.09.2014-cü il Uels, 09.07.2016-cı il Varşava, 11.07.2018-ci il tarixli Brüssel zirvə toplantısı) yekun sənədləri
Qoşulmama Hərəkatının yekun aktları və kommünikeləri
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin münaqişəyə dair məsələlərin daxil edildiyi yekun sənədləri (12.09.2012-ci il Astanada XİN-lərin 4-cü iclası, 21.04.2014-cü ildə Şanxayda 4-cü Sammit, 15.06.2019-cu il tarixində Düşənbədə 5-ci Sammit)
İslam Əməkdaşlıq Təşkilatının sənədləri:
BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi tərəfindən 2014-cü ildə hazırlanmış hesabat
ATƏT Parlament Assambleyasının "ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Yekun Aktı Prinsiplərinə sadiqlik" adlı qətnaməsi (2015-ci il)
Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və başqaları" işi üzrə 2015-ci ildə verdiyi hökm
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 2015-ci il 27-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi
Türk Şurasının Baş katibinin Xocalı ilə bağlı bəyanatları
Avropa Şurası Parlament Assambleyasının 2085 saylı (2016-cı il) qətnaməsi
Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi (15.11.2018-ci il)
Avropa Şurasının Nazirlər Komitəsinin 129-cu sessiyasında qəbul edilmiş qərar (2019-cu il)
GUAM və GUAM Parlament Assembleyası tərəfindən qəbul edilmiş sənədlər:
Xocalı soyqırımı ilə bağlı dünyanın 16 ölkəsinin, Şotlandiya və ABŞ-ın 20-dən çox ştatının qəbul etdiyi sənədlər
Azərbaycan-Türkiyə-Gürcüstan prezidentlərinin üçtərəfli görüşü, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlərinin, Azərbaycan-Türkiyə-Ukrayna xarici işlər nazirləri müavinlərinin görüşlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar
Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının bəyannamələri
TDƏŞ Baş katibinin Ermənistanın Azərbaycana qarşı son raket hücumları ilə bağlı bəyanatı
Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. 2010-2020-ci illərdə Azərbaycanın 30-dan çox ölkədə diplomatik nümayəndəlikləri fəaliyyətə başladı.

Azərbaycanın xarici ölkələrdə təsis etdiyi diplomatik nümayəndəliklərin siyahısı

Səfirliklər və diplomatik ofislər:

2010-cu ildə Serbiya, Argentina, Liviya, Estoniya və Xorvatiyada səfirliklər, 2011-ci ildə Cənubi Afrika Respublikasında Səfirlik, Rumıniyadakı Səfirliyin Bosniya və Herseqovinadakı ofisi, 2012-ci ildə İsveçrə Konfederasiyası, Braziliya Federativ Respublikasında səfirliklər, Rumıniyadakı Səfirliyin Monteneqroda ofisi, 2013-cü ildə Avstraliya İttifaqında, Vyetnam Sosialist Respublikasında səfirliklər, 2014-cü ildə Meksika Birləşmiş Ştatlarındakı Səfirliyin Kolumbiya Respublikasında ofisi, Argentina Respublikasındakı Səfirliyin Uruqvay Şərq Respublikasında və Çili Respublikasında ofisləri, 2015-ci ildə Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirlik, Slovakiya Respublikasında və Peru Respublikasında diplomatik ofislər, 2016-cı ildə Əlcəzair Xalq Demokratik Respublikasında və İraq Respublikasında səfirliklər, 2018-ci ildə Avstriya Respublikasındakı Səfirliyin Slovakiya Respublikası və Sloveniya Respublikasındakı ofisləri fəaliyyətə başlamışdır;
Baş və fəxri konsulluqlar:

2010-cu ildə Gürcüstanın Batumi şəhərində Baş Konsulluq, Almaniyanın Stutqart və ABŞ-ın Santa Fe şəhərlərində fəxri konsulluqlar, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Baş Konsulluq, 2014-cü ildə Malta Respublikasında, Ukraynanın Xarkov şəhərində fəxri konsulluqlar açılıb, 2015-ci ildə İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmiş, 2017-ci ildə Sudan Respublikasında, Cibuti Respublikasında və Avstriya Respublikasının Sankt Pölten şəhərində (konsulluq dairəsi Yuxarı Avstriya, Burqenland və Aşağı Avstriya federal vilayətlərini əhatə etməklə) fəxri konsulluqlar fəaliyyətə başlayıb.
Bu dövr ərzində həm də xarici dövlətlər Azərbaycanla daha sıx əməkdaşlıq etmək, əlqələr qurması ilə də yadda qalıb. Bu dövrdə xarici ölkələrin Azərbaycanda 20-dən çox diplomatik nümayəndəlikləri fəaliyyətədə başladı.

Xarici ölkələrin Azərbaycanda açılmış diplomatik nümayəndəlikləri

Səfirliklər və ofislər:

2010-cu ildə Fələstin Dövləti və İndoneziya Respublikasının səfirlikləri, 2011-ci ildə Serbiya Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri, 2012-ci ildə Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikasının səfirlikləri, 2013-cü ildə Sudan Respublikasının Səfirliyi, 2014-cü ildə Kolumbiya Respublikasının, Malayziyanın, İsveç Krallığının, Meksika Birləşmiş Ştatlarının səfirlikləri, Xorvatiya Respublikası Səfirliyinin ofisi, İspaniya Krallığı Səfirliyinin ofisi, Estoniya Respublikası Səfirliyinin ofisi, 2015-ci ildə Əlcəzair Xalq Demokratik Respublikasının və Portuqaliya Respublikasının diplomatik ofisləri, 2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının səfirlikləri açılmış, Xorvatiya Respublikasının diplomatik ofisinin statusu səfirlik səviyyəsinə qaldırılıb. 2019-cu ildə Slovakiya Respublikasının Səfirliyi, Monteneqronun Səfirliyinin ofisi fəaliyyətə başlamış, Əlcəzair Xalq Demokratik Respublikasının diplomatik ofisinin statusu səfirlik səviyyəsinə qaldırılıb.
Baş və fəxri konsulluqlar:

2010-cu ildə Gəncə şəhərində Türkiyə Respublikasının Baş Konsulluğu, 2011-ci ildə Lənkəran şəhərində Türkiyə Respublikasının Fəxri Konsulluğu, 2012-ci ildə Bakı şəhərində Portuqaliya Respublikasının Fəxri Konsulluğu, 2013-cü ildə Bakı şəhərində Monteneqronun Fəxri Konsulluğu, Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu, 2014-cü ildə Bakı şəhərində Makedoniya Respublikasının Fəxri Konsulluğu, 2017-ci ildə Bakı şəhərində Efiopiya Federativ Demokratik Respublikasının Fəxri Konsulluğu, 2018-ci ildə San Marino Respublikasının Fəxri Konsulluğu, 2020-ci ildə Monqolustanın Fəxri Konsulluğu, Şamaxı şəhərində Ukraynanın Fəxri Konsulluğu açılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/967554.html