Salyanda karantin qaydalarını pozan şəxslər cərimələndi

 12:42 25.07.2021     50

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Qardili kənd sakini Məhərrəm Lətifovun, Yenikənd kənd sakini Xaləddin Əzizovun və Qarabağlı kənd sakini Zaur Qurbanovun mövcud qaydaları pozaraq yaşayış evlərinin həyətlərində təyin olunmuş saydan artıq qonağın iştirakı ilə toy məclisləri keçirdikləri müəyyən olunub.

Aşkarlanan qayda pozuntulari ilə bağlı ev sahibləri və məclis iştirakçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/575134.html