Azərbaycan zənginləri dünya elitasının qala gecəsində - FOTOLAR

 13:33 25.07.2021     53

Bodrumun cənnət güşələrindən birində yerləşən, dünyanın ən bahalı hotellərindən olan özəl “Villa Maçakızı” villa-hotelində (giriş məhduddur, ancaq xüsusi sifarişlə mümkündür) dünya elitasının, yaxud yüksək təbəqə (high society) nümayəndələrinin iştirakı ilə qala gecəsi keçirilib.

Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəbdəbəli axşam yeməyinin və qala gecəsinin iştirakçıları arasında Azərbaycandan olan zənginlər də yer alıb. Bu haqda Türkiyənin “Sabah” qəzeti yazıb.

Qala gecəsi iyulun 23-də rusiyalı supermodel və xeyriyyəçi Natalya Vodyanova tərəfindən qurulan “Naked Heart Foundation” tərəfindən təşkil edilib. Gecəyə Natalya Vodyanova ilə yanaşı “Chopard” həmsədri Karolina Şeufel və “Chopard” şirkətinin Türkiyə təmsilçisi Şelli Ovadia başçılıq ediblər.

Qala gecəsinin önəmli qonaqları arasında Rusiya, Azərbaycan, Qazaxıstan, Qətər, İngiltərə və Türkiyədən yüksək təbəqə nümayəndələri olublar. Dəvətnamələrin qiyməti 25 min avrodan başlayır. Bu, dünyada ən bahalı qala gecələrindən və elit təbəqə nümayəndələrinin qatıldığı, elita arasında ən nüfuzlu ziyafət mərasimlərindən biri hesab edilən məclislərdən biridir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/maraqlidunyasi/363786.html