Ərdoğandan təbrik mesajı: Çox qürurlandırdınız...

 20:04 25.07.2021     52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin voleybol üzrə milli komandasını Tokio-2020 Yay Olimpiadasında Çin seçməsi üzərindəki qələbə (3-0) münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, qızlardan ibarət millinin kapitanı Eda Dündarla telefonda danışan Ərdoğan qələbədən dolayı qürurlandığını söyləyib.

"Çox qürurlandırdınız. Matçı ilk setdən etibarən izlədim. Bütün qızlarımıza sevgilərimi bildirirəm. Həftənin 2-ci günü İtaliya ilə matça da baxacam", - Ərdoğan telefon söhbətində qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/575227.html