Kaliforniyada TƏBİƏT MƏHV OLUR: 70 min hektardan çox ərazi alova büründü - VİDEO

 20:00 25.07.2021     47

Meşə yanğınlarının davam etdiyi Kaliforniyada 70 min hektardan çox ərazi artıq alova bürünüb.

Publika.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

bildirilib ki, əyalət qubernatoru dörd bölgədə fövqəladə vəziyyət elan edib.

Bir çox evin dağıldığı bildirilir. Hələ ki, onların dəqiq sayı dəqiqləşdirilməyib.

Mümkün qurbanlar barədə məlumat yoxdur.

Eyni vaxtda ABŞ-ın bir neçə qərb əyalətində də yanğınlar qeydə alınıb.

Son məlumatlara görə, ümumilikdə yanğın 553 min hektar əraziyə yayılıb.

Hava şəraitinin quraqlıq keçməsi vəziyyəti daha da ağırlaşdırır.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/363816.html