Keçmiş SSRİ ölkələri Tokio-2020-də: Medal sıralaması

 20:34 25.07.2021     81

Tokio-2020-nin üçüncü rəsmi yarış gününün yekununa əsasən, 40 ölkə medal qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarışda 206 respublika iştirak edir.

Keçmiş postsovet dövlətlərinin 6-nın nümayəndəsi artıq medal qazanıb. Onların sırasında ən yaxşı nəticə dopinq qalmaqalına görə yarışa Rusiya Olimpiya Komitəsinin adı altında qatılan Rusiya idmançılarına məxsusdur. 1-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla ümumilikdə   7 medal qazanan ruslar medal sıralamasında 5-ci yeri tutur.

Özbəkistan 11-ci (1 qızıl medal), Gürcüstan 24-cü (1 gümüş), Qazaxıstan və Ukrayna 31-ci (hər biri 2 bürünc), Estoniya 35-ci (1 bürünc) yeri tutur.

Qardaş Türkiyənin milli komandası isə 2 medalla 31-ci yeri bölüşdürən 4 komanda sırasında yer alıb.

Qeyd edək ki, 40 lisenziya üzrə 44 idmançı ilə yarışa qatılan Azərbaycan milli komandası hələlik medal qazanmayıb.

Əlavə edək ki, ümumi reytinqə 11 medalla (6 qızıl, 1 gümüş, 4 bürünc) Çin başçılıq edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/967619.html