ABŞ Belarusa qarşı sanksiyaya hazırlaşır - "Voll Strit"

 20:37 25.07.2021     69

ABŞ Belarusa qarşı yeni iqtisadi sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit" jurnalı amerikalı rəsmilərindən birinə istinadən məlumat yayıb.

"Biz konkret addımı elan etməyəcəyik. Ancaq deməliyəm ki, müttəfiqlərimizlə birlikdə Lukaşenko rejiminə sanksiya tətbiq etməklə, atdığı addımlara cavab vermiş olacağıq", - adı açıqlanmayan amerikalı rəsmilərdən biri qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575229.html