Daha üç toyda qaydalar pozuldu - FOTO

 20:49 25.07.2021     69

Samuxda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Samux rayonunun Alıuşağı, Sərkar və Ziyadlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsi aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, hər üç ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa rayon ərazisində fəliyyət göstərən “Sərin” şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 20 nəfər restorana buraxılmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/363819.html