Tufan Şanxayı iflic etdi: insanları külək aparır - Video

 21:00 25.07.2021     65

“İnfa” tufanı Şanxayda yol hərəkətini iflic edib.

Axar.az xəbər verir ki, yerli media artıq 360 min adamın təxliyə edildiyini yazıb.

Tufan bu gün səhər saatlarında şəhərə çatıb. Şəhər rəhbərliyi tufan səbəbindən “narıncı xəbərdarlıq” elan edib.

İndiyə qədər ölümlə bağlı informasiya daxil olmayıb.

Şanxayın iki aeroportundan bütün reyslər təxirə salınıb, sürət qatarı və metronun fəaliyyəti dayandırılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575236.html