Şabranda ağır qəza: 5 yaralı var

 21:09 25.07.2021     70

Şabran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

"KamAz" markalı yük avtomobili ilə "Hunday" markalı avtobus toqquşub.

Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara ilkin tibbi yardım göstərilir.

Qeyd edək ki, yaralananlardan biri 1957-ci il təvəllüdlü Şirinbala Əli oğlu İlyasovdur.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/575237.html