Səməd Səmədov dəfn olundu, jurnalistlər buraxılmadı - Video

 21:17 25.07.2021     83

Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb.

Kult.az Baku TV-yə istinadən xəbər verir ki, müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

Mərhumun sənət dostu Əli Mirəliyev bildirib ki, Səməd Səmədovla uzun illər dostluq ediblər.

“Səməd çox yaxşı insan idi, gözəl səsi var idi. Özünəməxsus oxumaq üslubu var idi. Biz onu heç vaxt unutmayacayıq”, - deyə, Cavanşir Quliyev Səməd Səmədov haqqında danışarkən deyib.

Mərhum sənətçinin oğlu media nümayəndələrinə çəkiliş etmək üçün imkan verməyib. O, media nümayəndələrinin qəbiristanlığa buraxılmasına icazə verməyib.

Qeyd edək ki, S.Səmədov 74 yaşında ötən gün vəfat edib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/575238.html