ABŞ yığması son 17 ildə ilk dəfə məğlub olub

 21:37 25.07.2021     71

Basketbol üzrə ABŞ-ın kişilərdən ibarət yığması Tokio-2020 Yay Olimpiya Oyunlarının start mərhələsində Fransa yığmasına məğlub oluv (76:83).

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, son 17 ildə basketbol üzrə ABŞ yığmasının Olimpiya Oyunları çərçivəsində ilk məğlubiyyətidir.

Sonuncu dəfə ABŞ yığması 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında Argentinaya uduzmuşdu.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/967628.html