Kral təsdiqlədi: İsrail Baş naziri ilə görüşüb

 22:08 25.07.2021     76

İordaniya Kralı II Abdullah İsrail Baş naziri Naftali Bennett və müdafiə naziri Benni Qantzla görüşdüyünü təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə II Abdullah özü CNN-ə məlumat verib.

"Bu görüşlərdən çox həvəslə çıxdım. İnanıram ki, son iki həftə ərzində yalnız İsrail ilə İordaniya arasındakı qarşılıqlı anlaşmadan əlavə, İsrail-Fələstin məsələsində də irəli doğru addım atacağıq", - II Abdullah vurğulayıb.

Qeyd edək ki, daha öncə "Valla" qəzeti İsrail Baş naziri Naftali Bennett və İordaniya Kralı II Abdullahın Əmmanda gizli görüş keçirdiyini iddia etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575243.html