Tokio-2020-də sensasiya: ABŞ millisi 17 il sonra məğlub oldu

 22:27 25.07.2021     66

Basketbol üzrə ABŞ-ın kişilərdən ibarət millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk matçında Fransaya məğlub (76-83) olub.

Axar.az xəbər verir ki, bununla ABŞ son 17 ildə olimpiadada ilk dəfə məğlub olub.

Qeyd edək ki, sonuncu dəfə ABŞ 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında Argentinaya məğlub olmuşdu.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/575249.html