Rusiyada koronavirusun “Qamma” variantı tapıldı

 22:45 25.07.2021     62

Rusiyada koronavirus infeksiyasının "Delta" kimi daha yoluxucu olan "Qamma" variantı yayılıb.

"Rusiya Federasiyası ərazisində "Delta" variantı geniş yayılıb və "Qamma" variantı da aşkarlanıb" -deyə bildirilib.

Qeyd olunur ki, "Qamma" və "Delta" daha çox yoluxucu olduğundan və anticisimlərin təsirini azalda bildiyindən "narahatlıq doğuran" kateqoriyasına aid edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/967433.html