Türkiyədə koronavirusla bağlı son vəziyyət

 22:57 25.07.2021     61

Türkiyədə son 24 saat ərzində koronavirusla bağlı statistika açıqlanıb.

"Haber Global"ın məlumatın görə, sutka ərzində 55 nəfər COVID-19 diaqnozu ilə vəfat edib.

Məlumata əsasən, iyulun 25-də yoxlanış məqsədilə 223 837 test götürülüb. Onlardan  14 230-nün cavabı müsbət çıxıb.

Beləliklə də, yeni yoluxanların sayında kəskin artım müşahidə olunub.

Həmçinin, ötən gün ərzində 5211 nəfər sağalaraq karantin müddətini başa vurub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967635.html