İsveçrədə leysan: küçələri və binaları su basdı

 23:24 25.07.2021     69

İsveçrənin mərkəzi bölgələrində leysan yağışları və şimşək çaxması müşahidə olunur.

Axar.az xəbər verir ki, Lütsern və Zuq kantonlarında küçələri və binaları su basıb.

Lütsern polis əməliyyat mərkəzi bölgədə 19 xilasetmə briqadasının çalışdığını söyləyib.

Sel suları nəticəsində xəsarət alanın olmadığı bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575268.html