Bakıda 16 yaşlı qız özündən böyük oğlanla nişanlandı - TƏFƏRRÜAT/VİDEO

 23:49 25.07.2021     94

Azərbaycanda 16 yaşlı Şükran adlı qıza ailəsi təntənəli nişan edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Bildirib ki, nişan mərasimi Neftçilərdəki "Anatolia" restoranında, saat 15:00-da başlayıb.

Qeyd edib ki, Sahib adlı bəyin 26 yaşı var. Həm oğlan, həm qız Maştağa kənd sakinləridi.

“Erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Adını nişan qoyub, azyaşlı qızları nişanlayırlar. Axı kim zəmanət verir ki, 1 aydan sonra toy olmayacaq? Aparıb o qızı oğlanın evinə qoymayacaqlar?! Nişan evliliyə gedən yoldu. Dərhal həmin ərazinin icra hakimiyyətinə xəbər verilməlidi ki, nişan dayandırılsın. Çünki o uşaqdı, gələcəyini formalaşdıran yaşda deyil. Sonra da bu iş nəzarətə götürülməli, araşdırılmalıdır”, - K.Ağazədə vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/363829.html