Talibana qarşı hava hücumlarının sayı artırılır - ABŞ

 00:17 26.07.2021     78

Əfqanıstan ordusuna dəstək olaraq Talibana qarşı hava hücumunu davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının komandanı, general Kennet Makkenzi deyib.

"ABŞ son bir neçə gün ərzində əfqan ordusuna dəstək olaraq hava hücumlarının sayını artırdı və qarşıdakı həftələrdə də hücumların sayı artırılacaq", - Makkenzi qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575276.html