Özünü jurnalist sayanlar bu maraqlara xidmət edirsə...

 00:27 26.07.2021     60

Bəziləri özünü cəmiyyətin gözündən elə salıb ki, hətta ən insani məsələdə belə adın onlarla bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər. Kəmfürsətlər isə bundan sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar.

Axar.az xəbər verir ki, bunu jurnalist Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli qeyd edib ki, məlum "ev məsələsi"ndə kimlərsə fərqli maraqlar güdə bilər:

“Amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz. Elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər! Kimsə bu siyahı və müraciət məsələsini oyun hesab edə bilər, amma səmimi dostlar və ləyaqərli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik…”


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/575282.html