Bitkoinin qiyməti 34 min dolları ÖTDÜ

 00:45 26.07.2021     62

Dünyanın aparıcı kriptovalyutası bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.

Publika.az xəbər verir ki, bitkoinin məzənnəsi 1, 2 faiz qalxaraq 34 240 ABŞ dolları təşkil edib.

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99 faiz faiz bahalaşaraq 34 232 dollardan satılıb.

Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/pul/363833.html