Dünya çempionatı: Güləşçilərimiz 8 medal qazandı

 01:22 26.07.2021     85

Azərbaycanın yeniyetmə güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 8 medal qazanıb.

Axar.az xəbər verir ki, medallardan 1-i gümüş, 7-si bürünc əyarlı olub.

Yeganə gümüş medalı qadın güləşində Ruzanna Məmmədova (46 kq) əldə edib.

Sərbəst güləşçilərdən Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq) və Yusuf Dursunov (92 kq), yunan-Roma güləşçilərindən isə Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Ruslan Nurullayev (71 kq) və Cocu Səmədov (80 kq) bürünc medala layiq görülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/575277.html