Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı

 01:41 26.07.2021     58

Çinin Quanjou şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Publika.az xəbər verir ki, bu barədə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 44-cü iclasında qərar qəbul edilib.

Quanjou şəhəri bir vaxtlar tarixi Dəniz İpək Yolu boyunca ən böyük ticarət limanlarından biri olub.

Sonq (960-1279) və Yuan (1271-1368) sülalələri dövründə xüsusilə əhəmiyyətli şəhər hesab edilirdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/363836.html