Çində avtobus aşıb: 13 nəfər ölüb, 47 nəfər yaralanıb

 21:20 26.07.2021     54

Çinin Qansu vilayətində içərisində 63 nəfərin olduğu avtobusun magistral yoldan çıxaraq aşması nəticəsində 13 nəfər ölüb, 47 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə günorta saatlarında Pinlian şəhərinin Cinçuan rayonu ərazisində baş verib.

İctimai Təhlükəsizlik Nazirliyi Pinliana hadisəni araşdırmaq üçün işçi qrupu ezam edib. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/967903.html