Eldəniz Vəliyevə vəzifə verildi

 21:31 26.07.2021     55

Tanınmış jurnalist Eldəniz Vəliyev "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

Axar.az xəbər verir ki, bu məlumat “Azəriqaz” İB-dən Moderator.az-a təsdiqlənib.

E.Vəliyev bu təyinatadək Speys TV-də Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsində, daha əvvəl ANS TV, ATV-də və digər media qurumlarında işləyib.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/575507.html