Hulusi Akarın olduğu təyyarə təcili eniş etdi

 22:07 26.07.2021     68

Türkiyə milli müdafiə naziri Hulusi Akarın olduğu təyyarə təcili eniş edib.

Axar.az xəbər verir ki, təyyarə havada olarkən quşla toqquşub, nəticədə hava gəmisinin ön şüşəsində çat əmələ gəlib.

Hadisə təyyarə Qaziantepdəki aerodromdan havaya qalxdıqdan bir müddət sonra baş verib.

Akarla bərabər təyyarədə Baş qərargah rəisi Yaşar Gülər ​​və Quru Qoşunları Komandanı Ümid Dündar olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575512.html