Yevlaxda avtoqəza zamanı sürücünün qolu üzülüb

 22:15 26.07.2021     67

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gülövşə kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü ağır xəsarət alıb, onun bir qolu üzülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/967906.html