Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi - FOTO

 22:12 26.07.2021     55

Ukrayna "Minay"ı heyətinə 3 yeni futbolçu qatıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onlardan biri Azərbaycan millisinə namizəd olan Eldar Quliyevdir.

Yerli "Mariupol" komandasından transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, hazırda "Minay"da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/363947.html