Prezidentdən kritik qərarlar: Komendant saatı elan olundu

 22:48 26.07.2021     58

Tunisdə fövqəladə vəziyyət elan edilib.

Axar.az xəbər verir ki, bu gündən etibarən 27 avqust tarixinə qədər hər gün saat 19:00-06:00 arası komendant rejimi elan olunub.

Komendant saatının elan olunmasına səbəb kimi ölkə Prezidenti Kais Səidin parlamenti buraxması və millət vəkillərinin toxunulmazlığını ləğv etməsi, həmçinin Hişam əl-Meşişi Baş nazir vəzifəsindən kənarlaşdırması göstərilib.

Qeyd olunub ki, sözügedən qərarlardan sonra ölkədə çaxnaşma yaşanması ehtimalı yüksəkdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575517.html