Tokio-2020: Daha iki idmançımız yarışa qoşulur

 23:04 26.07.2021     58

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulacaq.

Axar.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.

Azərbaycan milli komandası Tokio-2020-də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu Rio-2016-da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/575519.html