Türkiyə bir daha bunu boynuna götürməyəcək - XİN

 23:13 26.07.2021     59

Əvvəla, Türkiyə Əfqanıstana qonşu bir ölkə deyil. Avstriyanın Baş naziri Sebastiyan Kurtsun Türkiyəni əfqan qaçqınlar üçün daha doğru yer olaraq göstərməsi bizi heyrətləndirdi.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

“Türkiyə yeni köç dalğasını boynuna götürməyəcək. Həmkarlarımıza çatdırırıq ki, Türkiyə Avropa Birliyinin sərhəd gözətçisi və ya qaçqın düşərgəsi olmayacaq. Digər AB ölkələri kimi, Avstriya da 1951-ci il BMT-nin Qaçqınların Statusuna dair Konvensiyanın iştirakçısıdır. Avstriya beynəlxalq öhdəliklərinə və AB qaydalarına uyğun olaraq əfqan qaçqınlarına beynəlxalq qoruma təmin etməlidir”,- Bilgiç xəbərdarlıq edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575521.html