Tunisdə hərbi çevriliş? - BMT-dən təcili çağırış

 23:26 26.07.2021     61

Bütün tərəfləri təmkinli olmağa, şiddətdən çəkinməyə, sabitliyi qorumağa və bütün fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırırıq.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Farhan Hak Tunisdəki son siyasi proseslər barədə danışarkən deyib.

Tunisdəki böhranın çevriliş olub-olmadığı barədə sualı cavablandıran Hak deyib:

"Vəziyyəti izləməyə davam edirik və tunisli həmkarlarımızla təmaslarımıza davam edəcəyik. Ümid edirik ki, vəziyyət sabit olaraq qalacaq".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575525.html