Makrona yeni ad qoydular - Te Aka İki Taaoa

 23:34 26.07.2021     61

Fransa Prezidenti Emmanuel Makrona Fransız Polinezyasının Hiva-Oa adasında təntənəli mərasimi zamanı yerli qədim adətə uyğun olaraq yeni ad verilib.

Axar.az xəbər verir ki, bu barədə “Le Nouvel Observateur” jurnalı məlumat yayıb.

Məlumata görə, Hiva-Oa Joel Frebo kommunasının meri mərasim zamanı Makrona Te Aka İki Taaoa (irəliyə addımlayan və uzağa gedən böyük lider - red) adını verib.

Rəsmi nitqə başlamazdan əvvəl Makron polineziyalılara səmimi qəbula görə yerli dildə təşəkkür edib. Milli geyimdə olan 600 rəqqas və musiqiçinin iştirakı ilə Makron üçün mərasim təşkil edilib. Döyüş mahnıları və rəqslər ifa olunub və Fransa himni çalınıb.

Qeyd edək ki, bu, Beşinci respublika tarixində prezidentin Markiz adalarına ilk səfəridir. Hiva-Oa adasına səfər zamanı Makron fransız rəssamı Pol Qogen və şair Jak Brelyanın məzarlarını ziyarət edib.

Fransa prezidentinin səfəri iyulun 27-nə kimi davam edəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/575524.html